AVRO-2020-də 2 matçını Bakıda keçirəcək komandanın nümayəndələri BOS-u görməyə gəldi

AVRO-2020-də 2 matçını Bakıda keçirəcək komandanın nümayəndələri BOS-u görməyə gəldi

AVRO-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
 
Sport7.az xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR