AVRO-2020: 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

AVRO-2020: 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşdi

Bu gün futbol Avro-2020-də qrup mərhələsinə yekun vurulub.

Sport7.az xəbər veir ki, son oyun günündə 4 qarşılaşma baş tutub. Bununla da 1/8 finalın son 5 iştirakçısı bəlli olub.

E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gəlib. Bu matçlarda İsveç 3:2 hesablı qələbəyə, ispanlar isə 5:0-lıq darmadağına sevinib. Belədə İsveç qrup lideri kimi, ispanlar isə ikinci olaraq növbəti mərhələyə adlayıb.
 
F qrupunda isə Fransa Portuqaliya ilə, Almaniya isə Macarıstanla oynayıb. Hər iki matç 2:2 hesablı bərabərliklə bitib. Bu nəticələrdən sonra Fransa qrupu 5 xalla zirvədə tamamlayıb. 4-cü xalını qazanan Portuqaliya isə ən yaxşı 3-cü yeri tutan 4 komandadan biri kimi qrupdan çıxıb. 
 
1/8 final mərhələsinin matçları iyunun 26-dan etibarən start götürəcək. 

Avropa çempionatı

E qrupu, III tur

20:00. İsveç - Polşa 3:2
(Forsberq, 2, 59, Klaesson, 90+4 - Levandovski, 61, 84) 

Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

20:00. Slovakiya - İspaniya 0:5
(Dubravka, 30-ö.q., Laport, 45+3, Sarabia, 56, Torres, 67, Kutska, 71-ö.q.)

Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya, "Estadio La Cartuja" stadionu

İsveç - 7, İspaniya - 5, Slovakiya - 3, Polşa - 1

F qrupu

23:00. Macarıstan - Almaniya 2:2
(Havertz, 66, Qoretzka, 84 - Şalay, 11, Şafer, 68) 

Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen, "Münhen Futbol Arenası"

23:00. Portuqaliya - Fransa 2:2
(Ronaldo, 31-p., 60-p., - Benzema, 45+2-p., 47)

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
Budapeşt, "Puşkaş Arena"

Fransa - 5, Almaniya - 4, Portuqaliya - 4, Macarıstan - 2
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR