AVRO-2020: Komandaların heyətlərindəki futbolçu sayı artdı

AVRO-2020: Komandaların heyətlərindəki futbolçu sayı artdı

Avropa çempionatında hər bir milli komandanın heyətində yer alacaq futbolçuların sayı artırılıb.

Sport7.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
 
Qəbul olunan qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq.

Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR