Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşdi

Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşdi

Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu ada Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo layiq görülüb. Superulduz 5 qolla bu ünvana sahib çıxıb. Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldu Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.
 
Ronaldo Avro-2020-dəki qollarının hamısını məhz qrup mərhələsində vurub. 

Bu, Ronaldonun karyerasında 5-ci Avropa çempionatı olub. O, ümumilikdə 14 qolla UEFA-nın fransalı sabiq prezidenti Mişel Platiniyə məxsus rekordu yeniləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR