AVRO-2020: Son finalçı müəyyənləşdi

AVRO-2020: Son finalçı müəyyənləşdi

Bu gün Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Sport7.az xəbər verir ki, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gəlib. Finala son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmanın qalibi əlavə olunmuş vaxtda müəyyənləşib. Əsas vaxtı 1:1 bərabərliklə yekunlaşan matçın 104-cü dəqiqəsində Keyn ingilisləri finala aşıyan qola imza atıb - 2:1.

Avropa çempionatı, yarımfinal

23:00. İngiltərə - Danimarka 2:1
(Kyaer, 39-ö.q., Keyn, 104 - Damsqard, 30)

Baş hakim: Denni Makkeli (Niderland)
London, "Uembli" stadionu

Bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR