AVRO 2020: Türkiyə üçün üzücü gün, İtaliya növbəti mərhələdə

AVRO 2020: Türkiyə üçün üzücü gün, İtaliya növbəti mərhələdə

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start verilib.

Sport7.az xəbər verir ki, günün ilk matçında Finlandiya Rusiya ilə qarşılaşıb və minimalhesablı məğlubiyyətə uğrayıb. Azərbaycanlıları daha çox maraqlandıran və Bakıda baş tutan Türkiyə - Uels matçından sonra isə qardaş ölkənin yığması üzülüb. Komanda britaniyalılara 0:2 hesabı ilə məğlub olub. Günün son matçında isə İtaliya İsveçrə ilə qarşılaşıb. Bu görüşdə 3:0 hesablı qələbəyə sevinən italyanlar 1/8 final mərhələsinə vəsiqəni də təmin edib.

Avropa çempionatı

A qrupu, II tur

20:00. Türkiyə - Uels 0:2
(Remsi, 42, Roberts, 90+5)

Baş hakim: Artur Diaş (Portuqaliya)
Bakı, Bakı Olimpiya Stadionu

23:00. İtaliya - İsveçrə 3:0
(Lokatelli, 26, 52, İmmobile, 89)

Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma, "Olimpiko" stadionu
Xal durumu: İtaliya - 3, İsveçrə - 1, Uels - 1, Türkiyə - 0

B qrupu

17:00. Finlandiya - Rusiya 0:1
(Mirançuk, 45+2)

Baş hakim: Denni Makkeli (Niderland)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu
Xal durumu: Belçika - 3, Finlandiya - 3, Danimarka - 0, Rusiya - 0
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR