Avrokuboklarda

Avrokuboklarda "səfər qolu" prinsipi ləğv edilir

UEFA-nın klub yarışları üzrə komitəsi avrokuboklarda səfər qolu prinsipinin ləğvi barədə qərar qəbul edib.

Sport7.az xəbər verir ki, bu barədə qərar komitənin Çempionlar Liqasının finalı ərəfəsindəki iclasında verilib. Lakin qüvvəyə minməsi üçün bu qərar İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir.

Klub yarışları üzrə komitənin iclası Portuqaliyanın Porto şəhərində keçirilib. Yığıncaqda qəbul olunan qərar klublar tərəfindən də dəstəklənib.

Öncədən yalnız əlavə vaxtda səfər qolunun üstünlük verməsinin ləğvi gözlənilirdi. 90 dəqiqədə daha çox səfər qolu vuran komanda üstünlük qazanmalı idi. Lakin komitə bu prinsipin ümumiyyətlə ləğvini lazım sayıb.

Hazırda mövcud olan qərara əsasən səfər oyununda daha çox qol vuran komanda mərhələ adlayır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR