Avroliqada finalçılar müəyyənləşdi - VİDEO

Avroliqada finalçılar müəyyənləşdi - VİDEO

Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, cavab oyunlarından sonra "Mançester Yunayted" və "Vilyarreal" finala vəsiqə qazanıblar. 

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Vilyarreal" isə 2 oyunun nəticəsinə əsasən, İngiltərə "Arsenal"ından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn ispanlar Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.
 
Final mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0 (İlk oyun - 1:2)
 

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2 (İlk oyun - 2:6)
(Edin Ceko, 57, Brian Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39; 68)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR