Avropa çempionatında ilk medalımızı qazandıq

Avropa çempionatında ilk medalımızı qazandıq

Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.
 
Sport7.az xəbər verir ki, 45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir. Qitə çempionatının ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb. Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb. Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb. Bu gün mübarizəyə qoşulan digər 2 idmançımız - Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar. 
 
Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR