Avropa çempionatının püşkatma tarixi dəyişdirilib

Avropa çempionatının püşkatma tarixi dəyişdirilib

19 yaşadək futzalçılar arasında təşkil edilən sayca ikinci Avropa çempionatının püşkatma tarixi dəyişdirilib.

Sport7.az xəbər verir ki, UEFA əvvəlcə tədbirin iyulun 7-də baş tutacağını açıqlasa da, dünən ancaq UEFA Çempionlar Liqasınin ilkin mərhələsində mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb. Qitənin ali futbol qurumu U-19-ların püşkatmasını avqustun 30-na təyin edib.

Beləliklə 19 yaşadək futzalçılardan ibarət millimizin rəqibləri avqustun 30-da müəyyənləşəcək. Bu turnirin ilkin mərhələsi bu il 2-7 noyabr tarixlərində keçiriləcək. Əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 martda, həlledici görüşləri isə 3-10 sentyabrda baş tutacaq. Final mərhələsinə İspaniya ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR