Avropa futbolunda üsyan havası - UEFA-ya qarşı nəhənglər birləşdi

Avropa futbolunda üsyan havası - UEFA-ya qarşı nəhənglər birləşdi

Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan ediblər.

Sport7.az xəbər verir ki, bu barədə "AFP” təşkilatçıları press-reliz yayıblar.

Qərarı "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, "Barselona”, "Atletiko”, "Real”, "Milan”, "İnter” və "Yuventus” futbol klubları qəbul edib.

Bundan əlavə qərar Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) etirazına səbəb olub.

Qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq.
 
Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb. UEFA yeni layihədə iştirak etməkdən imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkür edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR