"Ayaks"ın futbolçusu Rusiya klubunda

"Ayaks"ın futbolçusu Kvinsi Promes karyerasını Rusiyada davam etdirəcək.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətindən bildirilib. 29 yaşlı hücumçu Moskva "Spartak"ına keçib. Niderlandlı forvard yeni klubu ilə 3,5 illik müqavilə imzalayacaq. "Spartak" bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyəcək. Məbləğ bonuslarla birlikdə 11 milyon avroya çata bilər.

Promes 2019-cu ildən "Ayaks"da çıxış edirdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR