Azarkeşlər

Azarkeşlər "Neftçi"dən tələb etdi: "Çempion olun, Bakını yandıraq!"

"Neftçi"nin çempionluğa əsas namizədlərdən olması klubun azarkeşlərini də ümidləndirib. 
 
Sport7.az xəbər verir ki, son oyunlarda komandanın yaxşı çıxış etməsi və nəticə qazanması azarkeşlərdə çempionluğa dair midləri artırıb. Bu üzdən klubun ən fəal azarkeş qruplarından olan "Forza Neftçi" klub rəhbərliyinə, ələxsus da baş məşqçi Samir Abasova tələblərini çatdırıb. 
 
Müraciətdə klubdan çempionluq üçün bütün güclərini ortaya qoymaları tələb olunub.
 
"Forza Neftçi"nin tələbi belədi: "Başda Samir Abasov olmaqla bütün komanda rəhbərliyinə səslənirik. Bildiyimiz kimi neçə illərdir ki, flaqman çempionluğa bu qədər yaxın olmayıb. Bu o deməkdir ki, hazırki idarə heyəti də qəhrəman olmağa çox yaxındır. Son oyunda gördüyümüz həvəsi, həsrətində olduğumuz "Neftçi" ruhunu qarşıdakı 2 oyunda da göstərməyinizi istəyirik. Hər şey sizin öz əlinizdədir! 
 
Samir müəllim, sənin xarakterinə inanırıq. İndiyə qədər çempionluğa söz verən çox məşqçi görmüşük, amma müəyyən müddətdən sonra əsl məqsədləri bəlli olub. Prinsipiallığına bələd olduğumuz üçün səni onlarla bir  tuta bilmərik. 2 qələbə qazan, adını tarixə yazdır və ən əsası, "Neftçi" azarkeşinin qəhrəmanına çevril. Biz "Neftçi" adına can qoyan heç kəsdən üz döndərmərik.
 
Hər birinizə uğurlar, uşaqlar. Çəkdiyiniz əziyyəti də son turlarda boşa verməyin, döyüşün, çempion olun, Bakını yandıraq!"
 

 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR