Azərbaycan çempionatında dava düşdü – Zaqatalıların atmacası aləmi qarışdırıb

Azərbaycan çempionatında dava düşdü – Zaqatalıların atmacası aləmi qarışdırıb

Birinci divizionun 24-cü turu qalmaqalla müşayət olunub.

Sport7.az xəbər verir ki, Sumqayıtda yerli komandanın "Zaqatala” ilə qarşılaşmasından sonra meydanda aləm bir-birinə dəyib.

Həmin qarşılaşmada çempionluğua iddialı qonaqlar xal itirib. Hazırda 2-ci pillədə qərarlaşan "Zaqatala” 1:1 hesablı bərabərlikdən sonra əsas rəqibindən 8 xal geri düşüb. Bu da qonaqların əsəblərinin gərilməsinə səbəb olub.
Meydan sahiblərinin 22-ci dəqiqədə hesabı açdığı oyunda "Zaqatala” son saniyələrdə penalti qoluna sevinib və görüş 1:1 hesabıyla yekunlaşıb.
 
Hər şey də bundan sonra başlayıb. Hakimin final fitindən sonra qonaq futbolçulardan bəziləri autsayderlə görüşdə heç-heçəni həzm edə bilmədiyindən üzlərini "kimyaçılar”ın oyunçularına tutaraq "elə bil çempionluğa oynayırlar, adam kişi olar” söyləyincə, aləm bir-birinə dəydi. Hər iki klubun rəsmiləri vaxtında olaya müdaxilə edərək, insidentin daha da böyüməsinə imkan verməyiblər.
 
Maraqlıdı ki, eyni bəla Premyer Liqada da var. Elitada da əsasən "Neftçi” azarkeşləri və komandanın baş məşqçisi Samir Abasov bəzi rəqibləri "Qarabağ”a asanlıqla uduzmaqda, "ağ-qaralar”a qarşı isə güzəştsiz mübarizə aparmaqda ittiham edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR