Azərbaycan klubları Avropada: 3 qələbə, 1 məğlubiyyət

Azərbaycan klubları Avropada: 3 qələbə, 1 məğlubiyyət



Qadın voleybolçulardan ibarət Azərbaycan klubları avrokuboklarda mövsümün ilk oyunlarını keçiriliblər. Sport7.Az xəbər verir ki, dünən 3 turnirdə 4 klubumuz meydana çıxıb.

Çempionlar Liqasında 2 təmsilçimiz iştirak edib. "Rabitə" Polşada "Ximik"ə 0:3 hesabı ilə yenilibsə, "Azəryol" evdə Fransa "Nant"ını məğlub edib - 3:2.

Qitənin ikinci dərəcəli klub turniri hesab olunan CEV Kubokunda yarışan "Lokomotiv" Almaniyada "Rote Raben"in qonağı olub. "Dəmiryolçular" uğurlu çıxış edərək vətənə 3:0 hesablı qələbə ilə dönməyi bacarıblar.

"Çelenc Cup"da yarışan "Azərreyl" isə II təsnifat mərhələsində Avstriya "İnsbruk"u ilə qarşılaşıb. Qarşılıqlı razılığa əsasən hər iki matç Bakıda baş tutub. Bir gün əvvəl bu komandanı 3:0 hesabı ilə yenən "Azərreyl" yenə eyni hesablı qələbəyə sevinərək 1/16 finala çıxıb.

Çempionlar Liqası

A qrupu, I tur
Ximik (Polşa) - Rabitə (Azərbaycan) 3:0 (25:22; 25:19; 25:18)
Hakimlər: Jolt Mezöffi (Macarıstan), Ahti Huntaniska (Finlandiya).
Şetsin. Vidoviskovo sarayı.

B qrupu, I tur
Azəryol (Azərbaycan) - Nant (Fransa) 3:2 (25:17; 18:25; 18:25; 25:16; 20:18)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Yevgeni Makşanov (Rusiya).
Bakı. Voleybol Mərkəzi.

CEV Kuboku
1/16 final
İlk oyun

Rote Raben (Almaniya) - Lokomotiv (Azərbaycan) 0:3 (17:25; 24:26; 22:25)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya).
Filsbiburq. Top Oyunları Sarayı.

Çelenc Cup
II təsnifat mərhələsi
Cavab oyunu

Azərreyl (Azərbaycan) - İnsbruk (Avstriya) 3:0 (25:17; 25:15; 25:15)
Hakimlər: Kristian Vanaveski (Estoniya), Boyan Bardiç (Xorvatiya).
Voleybol Mərkəzi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR