Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası və I Divizionunun oyunları 1 dəqiqəlik sükutla start götürəcək.

Sport7.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi ilə bağlıdır.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası hər iki yarışın, müvafiq olaraq, XXV və XXIV turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR