Azərbaycan Qran-prisinin qalibi velosipedlə sərhədədək irəlilədi

Azərbaycan Qran-prisinin qalibi velosipedlə sərhədədək irəlilədi

"Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Valtteri Bottas velosipedlə Rusiya sərhədinədək irəliləyib.
 
Sport7.az xəbər verir ki, bu barədə 31 yaşlı sürücü özü məlumat verib.
 
Finlandiyalı idmançı vətənindəki Nastola yaşayış məntəqəsindən sərhədədək "Tiffany Cromwell" ilə gözəl səfər həyata keçirdiyini bildirib. O, 203 km məsafə qət etdiyini vurğulayıb.

Qeyd edək ki, Valtteri Bottas 2019-cu il Azərbaycan Qran-prisinin qalibi olub. Ötənilki dünya çempionatında o, yekun sıralamada ikinci yerin sahibi olub, "Mercedes" isə Konstruktorlar Kubokunu qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR