"Azərbaycan şahmatında özbaşınalıq, anarxiya 30 ildir davam edir" - Azərbaycanlı qrossmeyster

Fransada yaşayan azərbaycanlı qrossmeyster Namiq Quliyev 2002-ci ildə Azərbaycan Şahmat Federasiyasi ilə arasında yaranan narazılığa aydınlıq gətirib.
 
Sport7.az xəbər verir ki, o, federasiyanın vitse-prezidentini istefa verməyə dəvət edib. 2002-ci ilin sonuna federasiya ilə yaranan narazılığın nəticəsində yığma üzvü 2003-cü ildə ölkəni tərk etmək qərarına gəlmişdir. O vaxt mətbuatda da geniş rezonans doğuran bu məsələ ilə bağlı Quliyev feysbuk hesabında paylaşım edərərk bəzi qaranlıq qalan məqamları açıqladı: "Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm: 2002-ci il Azerbaycan cempionatının nəticələrindən narazı qaldığım üçün 2003-cü ilin əvvəlində Azərbaycanı tərk etmişəm. Bunun da əsas səbəbi Azərbaycan Şahmat Federasiyasının 90-cı illərdən bəri apardığı özbaşına və heç bir idman prinsiplərinə hörmət qoymayan fəaliyyəti olub. Azərbaycan Şahmat Federasiyasının təkcə mənə qarşı ədalətsiz qərarlarının sayı kifayət qədər çoxdur. Bunu sübut edən faktlarım da var. Son günlər keçirilən Azərbaycan çempionatında oynamaq mənim haqqım olduğu halda heç ondan xəbərim də olmayıb və mənə heç bir məlumat verilməyib. Bu gün başlayan Dünya kubokunun seçmə mərhələsində sadəcə tək mən deyil, belə başa düşürəm ki, heç bir Azərbaycan şahmatçısı iştirak edə bilməyib. Azərbaycan şahmatında bu günə qədər heç bir qayda qanun olmayıb, heç bir planlaşdırma da olmayıb və bu özbaşınalıqdır, anarxiya və ən azından 30 ildir davam edir. Ən sadəsi başa düşürəm ki, bu ölkənin qanunları hamıya aid deyil. Bizim şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənovun yaşı 80-i keçib, ona möhkəm can sağlığı və uzun ömür arzulayıram. Ancaq Faiq Həsənov, imkan ver Azərbaycan şahmatçıları rahat nəfəs alsınlar və öz uğurları ilə azərbaycanlıları sevindirsinlər. Bu daşı tök ətəyindən, vəzifəni təhvil ver daha cavan nəslin nümayəndələrinə və rahat pensiya illərini keçir, biz də rahat yaşayaq".
 
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR