Azərbaycanda futbol klubu azyaşlı uşaqlara enrji içikisi içirir - FOTO

Azərbaycanda futbol klubu azyaşlı uşaqlara enrji içikisi içirir - FOTO

Xocalı futbol klubu nəzdində olan azyaşlı futbolçuların qida rasionuna enerji içkisi daxil edib.
 
Sport7.az xəbər verir ki, klubun rəsmi feysbuk səhifəsində paylaşılan bir şəkil diqqət çəkib. Fotoda klubun nəzdindəki azyaşlı uşaqların enerji içkisi içdiyi görünür. Üstəlik, klub bu addımla uşaqların qida rasiyonuna xüsusi önəm verdiyini də açıqlayıb.
 
Halbuki bu tip enerji içkilərinin 18 yaşdan aşağı uşaqlara verilməsi tövsiyə edilmir. Hətta içkini istehsal edən şirkət bu haqda məhsulun qabının üzərində də qeydlər yerləşdirir. Qeydlərdə içkidən 18 yaşdan aşağı uşaqların istifadə etməsinin və onlara satılmasının qadağan olunduğu bildirilir. Hər halda tərkibinin nədən ibarət olduğu bilinməyən belə içkilərin azyaşlı uşaqlara, xüsusən də gələcəkdə özünün idmançı kimi görənlərə verilməsi düzgün hesab edilmir.
 
Ancaq bunlara məhəl qoymayan "Xocalı" futbol klubunun rəhbərliyi uşaqların qida rasionuna enerji içkisini daxil edib. Bu açıqlamanı futbolsevərlər müsbət qarşılamayıb.
 

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR