Azərbaycanda ŞOK olay - Keçmiş məhkum klubun ofisinə girdi

Azərbaycanda ŞOK olay - Keçmiş məhkum klubun ofisinə girdi

"Sumqayıt” klubunun ofisində oğurluq hadisəsi baş verib.

Sport7.az xəbər verir ki, naməlum şəxs ofisə daxil olub və ofisdən iki ədəd noutbuk oğurlayıb. Həmin bilgisayarlar "Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənova məxsus olub.

Polislər stadionda olan nəzarət kameralarının yaddaşına baxış keçirən zaman oğurluğu törədən şəxsin görüntülərininə əsasən axtarışlara başlayıblar. Sonrada məlum olub ki, oğru həmin noutbukları elə Sumqayıtda hər birini 30 manata satıb.

"Futbol+” qəzetinə açıqlama verən klubun sözçüsü Rəşad Məmmədov oğrunun yaxalandığını bildirib. Klubun prezidenti Riad Rəfiyev şəhər polis idarəsinə çağırılıb və ona bildirilib ki, yaxın günlərdə oğurlanan noutbuklar kluba geri qaytarılacaq.

Təxminən 30-35 yaşı olan oğrunun keçmiş məhkum olduğu haqda məlumatlar var.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR