Azərbaycandan imtina etdi, Şenol Günəşin hədəfinə düşdü

Azərbaycandan imtina etdi, Şenol Günəşin hədəfinə düşdü

Azərbaycan yığmasında oynamaqdan imtina edən Almaniyanın "Darmştadt" klubunun futbolçusu Serdar Dursun Türkiyə millisinə çağırıla bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şenol Güneşə "Sabah" qəzetinə açıqlamasında bildirib.

69 yaşlı mütəxəssis deyib ki, bütün türkiyəli futbolçuların millinin heyətində olma ehtimalı var: "Türkiyə vətandaşı olan hansısa futbolçu istedadlıdırsa və ona ehtiyacımız varsa, heyətə cəlb edə bilərik. Almaniya "Darmştadt"ında çıxış edən Serdar Dursun da izlədiyimiz oyunçulardandır. Ali Akman "Ayntraxt" (Frankfurt) klubunda oynamır. İstedadlı futbolçu olsa da, forma şansı əldə etmir. Ona necə dəvət göndərim? İnanıram ki, qarşıdakı illərdə yığmada olacaq. Avstriyanın "Rapid" (Vyana) klubundakı Ercan Kara ilə bağlı problemimiz var. O, Avstriya millisi ilə yoldaşlıq matçına çıxıb".

Qeyd edək ki, Serdar Dursun 2020-ci ilin iyulunda Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisində oynamaq üçün təklif aldığını, lakin dəvəti qəbul etmədiyini söyləyib. (Report)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR