Azərbaycanı

Azərbaycanı "Tokio-2020"də təmsil edəcək idmançıları peyvəndləmə prosesinə başlanıldı

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya oyunlarına qatılacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb. 
 
Sport7.az xəbər veri ki, ilk peyvənd Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub. Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə proseslə bağlı bunları bildirib: "Vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. Hazırda təlim-məşq toplantılarında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR