Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı

Rusiyanın "Ufa” klubu bir neçə futbolçusu ilə müqavilə yeniləyib. 
 
Sport7.az xəbər verir ki, informasiyanı Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Müqaviləsinin müddəti uzadılanlar arasında 2018-ci ilin yayından "Ufa"da top qovan azərbaycanlı yarımmüdafiəçi - Azər Əliyev də var. O, yeni anlaşmaya əsasən mövsümün sonunadək "Ufa"da qalacaq. 
 
Xatırladaq ki, məlum səbəbdən yarımçıq dayandırılan Rusiya Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR