Azyaşlı futbolçuları enerji içkisi içən klubdan açıqlama:

Azyaşlı futbolçuları enerji içkisi içən klubdan açıqlama: "Anlaşılmazlıq olub"

Xocalı Futbol Klubu azyaşlı futbolçulara enerji içkisi içirmələri ilə bağlı məsələyə münasibətini bildirib.
 
Sport7.az xəbər verir ki, azyaşlı futbolçuları enerji içkisi içməsi ilə gündəmə gələn klub rəsmi açıqlama verib.
 
Prezident İlkin Hacıyevin adından verilən açıqlamada bu sözlər yer alıb: "Xocalı Futbol Klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir. Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və futbolçularımıza da elə içkilər məsləhət bilməmişik. Xırda bir anlaşılmazlıq olub. Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən nöqsan olaraq bildirilib və post dərhal silinib.

Klub prezidenti İlkin Hacıyev".
 
Ötən gün klubun rəsmi feysbuk səhifəsində paylaşdığı bir foto futbol ictimaiyyəti tərəfindən mənfi qarşılanmış və tənqidlərə məruz qalmışdı. Belə ki, fotoda klubun nəzdindəki azyaşlı uşaqların enerji içkisi içdiyi görünür. Üstəlik, bu addımla uşaqların qida rasiyonuna xüsusi önəm verdiyini də açıqlamışdı. Tənqidlərə məruz qalandan sonra sözügedən paylaşım klubun feysbuk səhifəsindən silinib.

18 yaşdan aşağı olan uşaqların enerji içkilərindən istifadə etməsi və bu tip içkilərin onlara satışı qadağandı.

 


 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR