"Barsa"nın sabiq prezidenti həbs olunub

"Barselona"nın sabiq prezidenti Xosep Maria Bartomeu saxlanılıb.

Sport7.az xəbər verir ki, bu barədə "Cadena SER” nəşri məlumat yayıb. 58 yaşlı keçmiş funksionerin bu gün səhər saatlarında saxlanıldığı bildirilib. Bartomeu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilir.

Bartomeu ilə yanaşı, "Barselona"nın baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti və keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Bartomeu ötən ilin oktyabrında prezident postundan istefa vermişdi.

Kataloniya polisi klubun ofislərində araşdırma aparıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR