"Barselona" Kumanla vidalaşa bilər

"Barselona"nın baş məşqçisi tutduğu postu mövsümün sonunda tərk edə bilər.

Sport7.az xəbər verir ki, klubun Direktorlar Şurasının bəzi üzvləri hollandiyalı mütəxəssisin oyun üslubunun uzunmüddətli hədəflərə uyğun olmadığını bildirib. Bu, hətta Kataloniya təmsilçisi ölkə çempionluğu qazansa belə, gerçəkləşə bilər. Mövsümün sonuna 3 tur qalmış qızıl medala 4 klub - "Atletiko" (77 xal), "Real", "Barselona" (hər ikisi 75) və "Sevilya" (71) iddia edir.

"Barselona" bu mövsüm finalda "Atletik"i 4:0 hesabı ilə darmadağın edərək, İspaniya Kubokunu da qazanıb.

Kuman komandaya 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2022-ci ilədəkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR