"Barselona" Superliqadan çıxmayacağını bəyan etdi

"Barselona" Avropa Superliqası ilə bağlı bəyanat yayıb.

Sport7.az xəbər verir ki, bəyanatda Kataloniya təmsilçisinin turniri tərk etməyəcəyi bildirilib. Superliqadan imtinanın tarixi səhv ola biləcəyi qeyd edilib: "Barselona" futbolun keyfiyyətini və cəlbediciliyini artırmaq üçün təsis olunmuş turnirə üzv olmaq təklifini dərhal qəbul etdi. Layihənin bir çox sahələrdə yaratdığı ictimai reaksiyanı nəzərə alsaq, təklifin yenidən nəzərdən keçirilməsinə və bu reaksiyanın arxasındakı səbəblərin daha dərindən təhlil edilməsinə ehtiyac olduğunu düşünürük. Bütün məsələlər futbol dünyasının ortaq maraqlarına xidmət edir. Bu analiz hər hansı axmaq hərəkətdən qaçınmaq üçün vaxt və lazımi soyuqqanlılıq tələb edir".

İspaniya təmsilçiləri "Barselona" və "Real"dan başqa 10 komanda Superliqadan ayrıldığını açıqlayıb. İtaliya klubları "Milan" və "Yuventus" layihənin yenidən nəzərdən keçirilə biləcəyini bəyan edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR