"Barselona" və "Atletiko" futbolçularını dəyişdirir

"Barselona” ilə "Atletiko” futbolçularını dəyişdirməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, kataloniyalıların hücumçusu Antuan Qrizmannla madridlilərin yarımmüdafiəçisi Saul Niges dəyişdirilə bilər. "Atletiko”dakı durumundan məmnun olmayan və ayrılmağı planlaşdıran Saul "Liverpul”un da maraq dairəsindədir. Lakin klublar onunla Qrizmannın dəyişdirilməsinə müsbət yanaşır. Futbolçular da bunun əleyhinə olmadığından, hazırda danışıqlar davam etdirilir.

Qrizmann ötən mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 20 qol, 13 assistlə yadda qalıb. Saulun isə 41 oyunda aktivində 2 qol, 1 məhsuldar ötürmə olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR