"Barselona" və "Real" rəsmiləri 20 yanvar şəhidlərini andı - FOTOLAR

Bu gün Avropa Klublar Birliyi (ECA) İşçi Qrupunun iclası keçirilib.

Sport7.az xəbər verir ki, toplantıda "Qarabağ"ın baş meneceri, İşçi Qrupunun sədr müavini Asif Əsgərov da iştirak edib.

İclasın bu günə təsadüf etməsi səbəbindən Əsgərovun təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

Qeyd edək ki, İşçi Qrupunda İspaniyanın "Barselona", "Real" Madrid, Almaniyanın "Borussiya" (Dortmund), "Bayer", İtaliyanın "Yuventus", Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", "Mançester Yunayted", "Lester" klublarının nümayəndələri təmsil olunurlar.
 

 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR