"Barselona"nın futbolçuları etiraz etdi: Maaşlar azalmasın

"Barselona"da maaşlar yenidən azala bilər. 
 
Sport7.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
 
Nəşrin yazdığına görə, klubu prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə futbolçulara və işçilərə müraciət edib. 57 yaşlı funksioner komanda üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb. Lakin bu dəfə imtina cavabı alıb.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub. Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, "Barselona" koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR