"Başakşehir" bu futbolçu ilə vidalaşdı

"Başakşehir" Mehmet Topalla yolları ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədiyi üçün yollarını ayırıblar.

"Başakşehir" futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Topal 2019-cu ildən İstanbul klubunda forma geyinirdi. O, 2019/20 mövsümündə bu komandanın heyətində Türkiyə çempionu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR