Basketbolçu marixuanaya görə saxlanıldı

Basketbolçu marixuanaya görə saxlanıldı

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Los-Anceles Leykers"in müdafiəçisi Aleks Karuso saxlanılıb.

Sport7.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb. 27 yaşlı oyunçunun çantasında marixuana aşkarlanıb. Karuso Texasdakı hava limanında təyyarəyə minməyə çalışarkən, yerli polis əməkdaşları onun çantalarına baxış keçirib. Nəticədə 56 qram narkotik vasitə tapılıb.

Basketbolçu 2017-ci ildən "Los-Anceles Leykers"də oynayır. O, 2019/2020 mövsümündə NBA çempionu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR