“Bavariya” Avropanın ən güclüsü oldu

“Bavariya” Avropanın ən güclüsü oldu

UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilmiş görüşdə "Bavariya" əlavə vaxtda qələbə qazanıb - 2:1. İngiltərəli referi Entoni Teylorun idarə etdiyi görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə "Sevilya"nın futbolçusu Lukas Okampos penalti ilə açıb. 34-cü dəqiqədə Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulmuş qolun müəllifi Xavi Martines olub. 

UEFA Super Kuboku
 
24 sentyabr

 
"Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)
 
Qollar: Leon Qoretska, 34. Xavi Martines, 104 - Lukas Okampos, 13 (pen.)
 
Baş hakim: Entoni Teylor (İngiltərə)
 
Budapeşt. "Ferents Puşkaş" stadionu
 
Xatırladaq ki, UEFA Super Kubokunun ötənilki qalibi İngiltərənin "Liverpul" olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR