"Bavariya"dan İspaniyaya

"Bavariya"nın müdafiəçisi David Alaba karyerasını "Barselona"da davam etdirə bilər.

Sport7.az xəbər verir ki, futbolçu karyerasını Kataloniya klubunda bitirmək istəyir. "Barselona" uzun müddətdir Alabanı transfer etməyə çalışır. Rəhbərliyin iki ildi bu müqaviləni həyata keçirməyə çalışdığı qeyd olunur. Ancaq 28 yaşlı futbolçunun komandaya keçidi bu yay baş tutmayacaq.

Çünki Alabanın alman klubu ilə müqaviləsi 2021-də bitir və müdafiəçi azad agent statusu daşıyacaq. Münhen təmsilçisinin avstriyalı oyunçu ilə razılığa gələ bilmədiyi bildirilir.

28 yaşlı futbolçu bu mövsüm "Bavariya"da 28 oyun keçirib və 1 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR