"Bavariya"nın futbolçusu zədələndi, mövsümü bitirdi

"Bavariya"nın və Fransa millisinin futbolçusu Korentin Tolisso zədələnib.

Sport7.az xəbər verir ki, bu haqda "LEquipe" nəşri yazıb. 27 yaşlı yarımmüdafiəçinin məşqdə bud nahiyəsindən xəsarət aldığı bildirilir. Fransalı oyunçu bu gün əməliyyat olunub. Onun 3 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bununla da, futbolçu, demək olar ki, mövsümün qalan hissəsində oynamayacaq. Onun Fransa yığması ilə Avropa çempionatında iştirakı da sual altına düşüb.

Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR