Belözoğlu Türkiyə millisində

Belözoğlu Türkiyə millisində

Türkiyə millisinə daha bir məşqçi cəlb olunub.

Sport7.az xəbər verir ki, yığmanın sabiq kapitanı Əmrə Belözoğlu bundan sonra "ay-ulduzlular”da çalışacaq. 41 yaşlı mütəxəssis baş məşqçi Şenol Günəşin köməkçisi kimi fəaliyyət göstərəcək. Günəş bir müddət əvvəl Əmrəyə bu barədə təklif etdiyini bildirmişdi. Belözoğlu sabiq çalışdırıcısının təklifini müsbət cavablandırıb.

Türkiyə millisi AVRO-2020-dəki uğursuz çıxışa baxmayaraq, Şenol Günəşi postunda saxlayıb. Əmrə Belözoğlu isə ötən mövsümün sonlarında müvəqqəti "Fənərbaxça”nın baş məşqçisi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR