"Beşiktaş" azarkeşlərinin yardım kampaniyasına başlamasından 4 il ötür

"Beşiktaş" azarkeşlərinin təşəbbüsü ilə ərsəyə gələn "Təbəssüm yarat" könüllü qrupunun 4 illiyidir.

Sport7.az xəbər verir ki, ucqar kənd məktəblərinə yardım kampaniyası ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edilib. Kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan şagirdlərə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilir. Kənd məktəblərinə yardım kampaniyası 4 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonlarındakı (Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba ) məktəbdə baş tutub.

Xeyirsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü fəaliyyət göstərir. "Kənd məktəblilərinə yardım" kampaniyasının məqsədi şagirdlərin təhsil almasına dəstək olmaq, uşaqları sevindirmək, uşaqlarda təhsilə və idmana maraq yaratmaqdır.

"Təbəssüm yarat" layihəsi kənd məktəblərindən əlavə fərdi ailələrə də ərzaq, geyim və başqa yardımlar edir. Bu il 1000-ə yaxın ailəni ərzaq, qışlıq və adi geyim, uşaqlarını məktəbli forması, məktəbli çanta və ləvazimatları və s. ilə təmin edib, dərman xərcləri qarşılanıb. 3 uşağın əməliyyat xərcləri layihəmiz tərəfindən qarşılanıb. 

2020 ci ildə Dünyani bürüyən Covid19 virusu ölkəmizdən də yan keçmədi. Bu dönəmdə "Təbəssüm yarat" komandası Bakıətrafı kəndlərdə 1000-dən artıq ailəyə ərzaq yardımı edib. Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR