"Beşiktaş" Rəşidlə razılığa gəlib

Transfer çalışmalarını sürətləndirən "Beşiktaş” daha bir futbolçu ilə razılığa gəlib.

Sport7.az xəbər verir ki, Super Liqa çempionu Dieqo Kostadan sonra Raşid Qezzalı da transfer etməyə hazırlaşır. İstanbul təmsilçisi ötən mövsüm icarə əsasında bu komandada çıxış edən əlcəzairli hücumameyilli oyunçunu bu dəfə birdəfəlik transfer edəcək. Qezzalın özü ilə şəxsi müqavilə razılaşdırılıb. O, bonuslarla birlikdə illik 3 milyon avroluq qazanca müsbət cavab verib. "Beşiktaş” rəhbərliyi hazırda keçidin reallaşması üçün "Lester”lə danışıq aparır.

Qezzalın "Lester”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR