"Beşiktaş" Türkiyə millisinin sabiq üzvünü transfer edir

Türkiyə çempionu "Beşiktaş” transfer çalışmalarını davam etdirir.

Sport7.az xəbər verir ki, Dieqo Kosta və Raşid Qezzalı heyətinə qatmağa yaxın olan "ağ-qaralar” daxili bazarda da fəallıq nümayiş etdirir. İstanbul təmsilçisi Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topalla anlaşıb. Yay fasiləsində "Başakşəhər”dən ayrılan 35 yaşlı dayaq yarımmüdafiəçisi "Qalatasaray” və "Fənərbaxça”dan sonra ölkənin digər böyük klubu olan "Beşiktaş”ın da formasını geyinəcək. Topal "ağ-qaralar”la 1 illik müqaviləni razılaşdırıb.

Topal 2010-2012-ci illərdə "Valensiya”nın şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR