"Beşiktaş" ulduz transferi həyata keçirmək itəyir

"Beşiktaş" heyətini ulduz futbolçu ilə gücləndirmək istəyir.

Sport7.az İtaliya mediasına istinadən xəbər verir ki, İstanbul klubu "İnter"in futbolçusu Arturo Vidala elçi düşüb. 

Məlumata görə, Milan klubu ilə daha bir illik müqaviləsi olan çilili ulduzun növbəti mövsüm ehtiyatda qalmaq ehtimalı çoxdu. Daha çox oynamaq istəyən Vidal özü də "Beşiktaş"ın təklifinə müsbət yanaşır. "İnter" rəhbərliyi 34 yaşlı futbolçunun gedişinə problem yaratmaq niyyətində deyil və transfer haqqında endirim edəcək.

Vidal karyerasına Çilinin "Kolo Kolo" klubunda başlayıb. 2007-ci ildə 5,2 milyon avroya "Bayer"ə transfer olunan futbolçu 4 il sonra 12,5 milyon avro qarşılığında "Yuventus"a keçib. 2015-ci ildə "Bavariya" onu 39,25 milyon avroya alıb və 3 il sonra "Barselona"ya 18 milyon avroya satıb. Çilili ulduz ötən yay "İnter"ə transfer olunub. Milan klubu onun üçün cəmi 1 milyon avro ödəyib.

Vidal karyerası ərzində Çili çempionluğunu (3 dəfə), İtaliya çempionluğunu ("Yuventus"la 4, "İnter"lə 1 dəfə), kubokunu (1), Super Kubokunu (2), Almaniya çempionluğunu (3), kubokunu (1), Super Kubokunu (2), İspaniya çempionluğunu (1) və kubokunu (1) qazanıb, "Yuventus"la Çempionlar Liqasında final oynayıb.

34 yaşlı yarımmüdafiəçi Çili millisində keçirdiyi 119 oyunda 32 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR