Beyldən tarixi anti-rekord

Beyldən tarixi anti-rekord

AVRO-2020-nin Türkiyə ilə oyununda penaltini qaçıran Qaret Beyl ilkə imza atıb.

Sport7.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda uğursuzluq yaşayan Uels millisinin futbolçusu XXI əsrdə Avropa çempionatının final mərhələsində 11 metrlik cərimə zərbəsindən çərçivəyə düşməyən ilk futbolçu olub.

Bu əsrə təsadüf edən əvvəlki 4 çempionatda belə hadisə yaşanmayıb. Penaltidən çərçivəni dəqiq nişan almayan sonuncu futbolçu Raul olub. İspaniya millisinin əfsanəsi AVRO-2000-də Fransanın qapısına yol tapa bilməyib.

Beyl özü qazandığı penaltini qaçırsa da, Türkiyə ilə oyunda hər iki qolun ötürməsini verərək 2:0 hesablı qələbənin memarı olub və matçın ən yaxşısı seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR