"Bəzən Kriştiano olduğumu unutmaq ən yaxşısıdır"

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, Portuqaliya millisinin üzvü hələ də hər şeyi qazanmadığını düşünür. 36 yaşlı superulduz hər gün çalışmasını uğura ac olması ilə əlaqələndirib: "Hər şeyi qazandığımı, çox pulumun olduğunu və uğur qazandığımı düşünsəydim, çox çalışmazdım. Bunu düşünməməyi üstün tuturam. Hətta bəzən Kriştiano olduğumu unutmaq ən yaxşısıdır”.

Cari mövsüm A seriyasında 25 qola imza atan Ronaldo bombardirlər yarışına başçılıq edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR