BOK-dan Azərbaycana maliyyə dəstəyi

BOK-dan Azərbaycana maliyyə dəstəyi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib. O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə, o cümlədən Azərbaycan Milli Olimpiya Komitəsinə kredit formasında sərf olunacaq. 

Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR