Boksçu aldığı zərbədən sonra öldü - Dünya çempionatında

Boksçu aldığı zərbədən sonra öldü - Dünya çempionatında

İordaniyalı boksçu Raşed əl-Svaisat Polşanın Kelts şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında aldığı zərbədən dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytı məlumat yayıb. 19 yaşlı idmançı aprelin 16-da 81 kq çəki dərəcəsində estoniyalı Anton Vinoqradovla üçüncü raund qarşılaşmasında öldürücü zərbəyə məruz qalıb. Huşunu itirərək yerə yıxılan əl-Svaisat xəstəxanaya çatdırılıb. Həkimlərin bir neçə gün davam edən səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi hadisə ilə əlaqədar mərhumun əzizlərinə və komanda yoldaşlarına başsağlığı verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR