Boksçularımız Türkiyədə 7 medal qazandı

Boksçularımız Türkiyədə 7 medal qazandı

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Boksçularımız turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR