Boksçumuz 1/4 finalda məğlub oldu

Boksçumuz 1/4 finalda məğlub oldu

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
 
Sport7.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb. 1/4 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Emili Rzayeva (63 kq) Karolina Kunu (Polşa) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə başa çatıb.

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq. Bu gün isə 1/4 final mərhələsinin qarşılaşmaları təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR