"Borussiya" kubokun qalibi oldu, futbolçuları rekordu yenilədi - VİDEO

Almaniya kubokunun final matçı bir rekordun iki dəfə yenilənməsi ilə əlamətdar olub.

Sport7.az xəbər verir ki, bu rekordlara "Leypsiq”ə 4:1 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldıran Dortmund "Borussiya”sının üzvləri imza atıb. Matçın ilk hissəsində 2 qol vuran Ceydon Sanço Almaniya kuboku tarixinə düşüb. O, finalda dubla imza atan ən gənc oyunçu olub. İngiltərəli 21 yaş 49 günlüyündə bunu bacarıb.

Lakin onun yenilədiyi rekordunun ömrü 42 dəqiqə olub. Matçın sonuna 3 dəqiqə qalmış Erlinq Haland da dubla imza atıb. O, buna daha gənc – 20 yaşında nail olub.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR