Braziliya əsilli ispan

Braziliya əsilli ispan "Bavariya"dan ayrıldı

"Bavariya" Tyaqo Alkantara ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge deyib. Klub rəsmisi "Mirror"a açıqlamasında Braziliya əsilli ispan futbolçunun özünü başqa komandada sınamaq istədiyini bildirib: "Onu almaq istəyən klub müəyyən təzminat məbləği ödəməlidir. Nəzərdə tutduğumuz məbləği mətbuata açıqlamaq istəmirəm".

Alkantara karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcək. İspaniyanın "Barselona" klubunun yetirməsi olan yarımmüdafiəçi tibbi baxışdan keçdikdən sonra avqustun 1-də rəsmi müqaviləyə imza atacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR