Braziliya yığmasını dünya çempionu edən məşqçinin yeni klubu

Braziliya yığmasını dünya çempionu edən məşqçinin yeni klubu

Braziliya milli komandasının sabiq baş məşqçisi Luis Felipe Skolari "Kruzeyro"nun sükanı arxasına keçib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 72 yaşlı braziliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, "Kruzeyro"ya əvvəllər də rəhbərlik edib.

Skolari Braziliya ilə yanaşı, Portuqaliya yığmasındakı işi ilə tanınır. O, həmçinin İngiltərədə "Çelsi", ölkəsində "Qremio", Çində "Quançjou Everqrand" klublarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri 2019-cu ilin sentyabrında vidalaşdığı "Palmeyras" olub.

B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb. Skolari Braziliya yığmasında ikən 2002-ci ildə son dünya çempionluğunu əldə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR