Braziliyadan vacib və çətin qələbə

Braziliyadan vacib və çətin qələbə

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Braziliya yığması ilə Kolumbiya seçməsi qarşılaşıb.

"Report” xəbər verir ki, Rio-de-Janeyronun "Olimpiko Nilton Santos-Enjenyan” stadionunda keçirilən matç braziliyalıların 2:1 hesablı minimal qələbəsi ilə bitib.

Qarşılaşmada ilk qolu 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias vurub. Braziliyalıların cavab qolunu 78-ci dəqiqədə Roberto Firminodan gəlib. Meydan sahibləri əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə qazanıblar.

Bu matçdan sonra Braziliya yığması B qrupunda doqquz xalla birinci yeri tutur. Siyahıda ikinci yerdə 4 xalı olan Kolumbiya və Peru yığmaları qərarlaşıblər.
Braziliya yığması növbəti matçını Ekvadora qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR